Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Hazırda oxunan: Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

87050

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır. 

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.  

Bildirilir ki, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir.  

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. 

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO