Tehran qatarında hicabsız qadın hicablı xanıma hücum etdi - İRANDA daha bir qalmaqal

Tehran qatarında hicabsız qadın hicablı xanıma hücum etdi - İRANDA daha bir qalmaqal

Hazırda oxunan: Tehran qatarında hicabsız qadın hicablı xanıma hücum etdi - İRANDA daha bir qalmaqal

86767

Tehran-Yəzd qatarında hicablı bir qadınla hicabsız xanımlar arasında yaşanan qarşıdurma yaranıb. Hicablı xanımın iddiasına görə, hicabsız qadınlar mübahisə zamanı ona hücum çəkiblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Yəzd şəhər Məhkəməsinin yaydığı məlumatda deyilir ki, həmin hicabsız qadınların aşkarlanması ilə bağlı artıq göstəriş verilib. 

Hicablı xanımın şikayətindən sonra sözügedən qatar xəttinin rəisi vəzifəsindən azad olunub. Xatırladaq ki, İranın "Hövzə" xəbər ajansı avqustun 1-də yaydığı xəbərdə iddia etmişdi ki, guya Tehran-Yəzd qatarında hicabsız bir qadın hicablı xanıma hücum edərək onun hicabını başından çıxarmaq istəyib və bu zaman onlar arasında münaqişə yaşanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO