Laçında şəhid olan əsgər Şəmkir rayonundan hərbi xidmətə yollanıb – ÖZƏL - FOTO

Laçında şəhid olan əsgər Şəmkir rayonundan hərbi xidmətə yollanıb – ÖZƏL - FOTO

Hazırda oxunan: Laçında şəhid olan əsgər Şəmkir rayonundan hərbi xidmətə yollanıb – ÖZƏL - FOTO

86751

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, o, Şəmkir rayonundandır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun əsgəri şəhid oldu


16 fevral 2004-cü il də anadan olan Anar Kazımov 2022-ci il aprelin 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən  hərbi xidmətə yollanıb.



Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO