Xaricdə döyüşən 2 Azərbaycan vətəndaşı məhkəmə qarşısında

Xaricdə döyüşən 2 Azərbaycan vətəndaşı məhkəmə qarşısında

Hazırda oxunan: Xaricdə döyüşən 2 Azərbaycan vətəndaşı məhkəmə qarşısında

86714

Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratmaqda ittiham olunan Orxan Elxan oğlu Zərbəliyev və Səfa Elman oğlu Dabaxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media-nın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq. 

İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham elan edilib. 

Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO