"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Rusiyanın vasitəçilik səylərinin vacib istiqamətidir. Əsas məqsəd isə iki ölkə arasındakı dialoqun sağlamlaşdırılmasıdır".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Moskvanın bu prosesdə məsləhətçi rolu 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli bəyanatında qeydə alınıb.
Məlum olduğu kimi, mayın sonunda müvafiq ikitərəfli komissiya yaradılıb və iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndələrinin ilk tanışlıq görüşü keçirildi. Biz öz tərəfimizdən azərbaycanlı və erməni dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq.
Əminik ki, ölkəmizin peşəkar imkanları, post-sovet məkanında delimitasiya və demarkasiya sahəsində təcrübəsi Azərbaycan-Ermənistan sərhədində və ümumilikdə bütün regionda təhlükəsizliyi möhkəmləndirmək iqtidarındadır.
Hesab edirik ki, bu və ya digər tədbirlərin icra olunmasının konkret müddətlərini Bakı və İrəvan müəyyənləşdirəcək. Biz isə öz tərəfimizdən onlar bu qərarları qəbul etdikdən sonra məlumat verəcəyik", - M.Zaxarova deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:10 / 02.08.2022
Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesindən danışdı
Hazırda oxunan: Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesindən danışdı
Hazırda oxunan: Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesindən danışdı
86647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.