Pakistanda hərbi helikopter qəzaya uğradı: 3 general həlak oldu

Pakistanda hərbi helikopter qəzaya uğradı: 3 general həlak oldu

Hazırda oxunan: Pakistanda hərbi helikopter qəzaya uğradı: 3 general həlak oldu

86600

“Eurocopter AS350” hərbi helikopteri Pakistanın cənub-qərbində qəzaya uğrayıb və göyərtəsində olan yüksək rütbəli zabitlər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hindustan Times” nəşri yayıb.

Hadisə ötən bazar ertəsi Bəlucistan əyalətində qeydə alınıb. Helikopterdə olan altı hərbçinin hamısının öldüyü ehtimal edilir. 

Onların arasında Pakistan Ordusunun 12-ci Korpusunun komandiri, general-leytenant Sərfraz Əli, Pakistan Sahil Mühafizəsinin rəisi, briqada generalı Amjad Hanif Satti, 12-ci Mühəndislər Korpusunun komandiri, briqada generalı Xalid də var.
Helikopter daşqınlardan zərər çəkmiş Bəlucistan əhalisinə yardımın göstərilməsində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO