Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.
Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən bildirilib.
Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.
Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:32 / 02.08.2022
Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Hazırda oxunan: Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Hazırda oxunan: Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
86589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.