AMEA-da yüksək post tutan millət vəkilləri – SİYAHI

AMEA-da yüksək post tutan millət vəkilləri – SİYAHI

Hazırda oxunan: AMEA-da yüksək post tutan millət vəkilləri – SİYAHI

86583

Dəyişməyə və yenilənməyə məhkum olan AMEA uzun illər bir çox insanlara qucaq açıb. Onlara həm maddi, həm də mənəvi dəstək olub. Maraqlıdır ki, AMEA-da vəzifə tutan bir çox simalar Ali Qanunverici orqanda da geniş şəkildə təmsil olunublar.

Hazırda 7 millət vəkili həm də AMEA-da yüksək post tutur. Bəs onlar kimlərdir?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı - FƏRMAN


1. 65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akade¬miyasının xarici üzvüdür. UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir. 

2. Tanınmış dilçi alim Nizami Cəfərov filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar elm xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Alpaqut Federasiyasının prezidentidir.

3. Parlamentin ən yaşlı üzvü Ziyad Səmədzadə iqtisad elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir.

4. Kürdəmir rayonundan deputat seçilən Rafael Hüseynov filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. 2003-cü ildən isə AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.

5. Tanınmış filoloq İsa Həbibbəyli də parlamentdə təmsil olunur. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, Çingiz Aytmatov Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, 2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. 

6. Tarixçi alim Musa Qasımlı artıq uzun illərdir ki, Milli Məclisin dəyişməz üzvlərindəndir. O tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. 2016-cı ildən AMEA -nın Qafqazşünaslıq İnstitutunun direktorudur.

7. Parlamentin ən stajlı üzvlərindən biri də Bəxtiyar Əliyevdir. Psixologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO