Masallıda 2 qardaş əmilərini balta ilə öldürdü

Masallıda 2 qardaş əmilərini balta ilə öldürdü

Hazırda oxunan: Masallıda 2 qardaş əmilərini balta ilə öldürdü

86403

İyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO