"Paris Sen-Jermen" futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.
Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, görüş Tel-Avivdə yerləşən "Blumfild" stadionunda keçirilib.
Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.
Bununla da "PSJ" Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:12 / 01.08.2022
Messinin komandası 11-ci dəfə Fransa Superkubokunu qazandı
Hazırda oxunan: Messinin komandası 11-ci dəfə Fransa Superkubokunu qazandı
Hazırda oxunan: Messinin komandası 11-ci dəfə Fransa Superkubokunu qazandı
86390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.