Dünya çempionatı: Daha bir taekvondoçumuz medal qazandı

Dünya çempionatı: Daha bir taekvondoçumuz medal qazandı

Hazırda oxunan: Dünya çempionatı: Daha bir taekvondoçumuz medal qazandı

86265

Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.

Bizim.Media xəbər verir ki, millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib olub.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) hər iki raundda məğlub edərək 1/8 finala yüksəlib.

F.Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Belə ki, Tayvandan olan Vey-Juan Vanqın döyüşə çıxmayıb.

Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdə Məhərrəmli rəqibinə üçüncü raundda qalib gəlib.

O, yarımfinalda Minq-yu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.

Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO