Dubaydan qanunsuz gətirilən telefonlar gömrükdə müsadirə edildi - VİDEO 

Dubaydan qanunsuz gətirilən telefonlar gömrükdə müsadirə edildi - VİDEO 

Hazırda oxunan: Dubaydan qanunsuz gətirilən telefonlar gömrükdə müsadirə edildi - VİDEO 

86244

30 ədəd mobil telefonun qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. 
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. 

Vətəndaşa məxsus sellofan paketə baxış keçirilib və oradan qutusuz və aksesuarsız 30 ədəd “İphone 13 pro 128 GB” markalı mobil telefonlar, 1 ədəd “Apple watch” smart qol saatı, 1 ədəd “Apple watch” markalı smart qol saatının kəməri və 1 ədəd “Airpods pro” markalı qulaqcıq aşkar olunub. 
Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO