Ermənistanın keçmiş prezidenti İrəvanı tərk etdi

Ermənistanın keçmiş prezidenti İrəvanı tərk etdi

Hazırda oxunan: Ermənistanın keçmiş prezidenti İrəvanı tərk etdi

8623

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan İrəvanı tərk edərək Çaxkadzor şəhərinə köçüb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, o, şəhər restoranlarının birində kameralara tuş gəlib.

Keçmiş prezident restorana qorumalarının müşayiəti ilə daxil olub. Bu barədə "Jogovurd" qəzeti yazıb. Nəşr keçmiş prezidentin çox üzgün olduğunu da vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Sən alnında satqın damğası olan qorxaqsan” - Sarkisyandan Paşinyana

Sarkisyanın arvadı koronavirusdan öldü

 


Baxmayaraq ki, hökumət ona mənzil təklif edib, o, bu imtiyazdan imtina edib. Daha sonra Avilon şirkətinin İdarə Heyətinin sədri Kamo Avaqumyan onun üçün bir ev tikməyə qərar verib. Lakin Sarkisyan İrəvandan köçmək istədiyində israrlı olduğunu bildirib.

Qeyd edək ki, eks prezidentin həyat yoldaşı Rita Sarkisyan 20 noyabrda koronavirus səbəbilə vəfat edib.

6 noyabrda R.Sarkisyanın qəfildən vəziyyəti pisləşib və reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti daha da ağırlaşan qadın təcili olaraq Almaniyadakı bir klinikaya çatdırııb.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO