"Turan Tovuz" Gürcüstan klubuna QALİB GƏLDİ

Hazırda oxunan: "Turan Tovuz" Gürcüstan klubuna QALİB GƏLDİ

86146

“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, 2022/23 mövsümü üçün hazırlıqlarını Tbilisidə davam etdirən komanda bu gün üçüncü yoxlama oyununda qüvvəsini sınayıb.

Ayxan Abbasovun yetirmələri Gürcüstan yüksək liqa təmsilçisi Tbilisi "Qaqra"sı ilə üz-üzə gəlib. Ayxan Hüseynov və Natan Oduvanın qolları ilə "Turan Tovuz" meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Gürcüstan toplanışını başa vuran komanda sabah vətənə dönəcək.

Xatırladaq ki, "Turan Tovuz" bundan əvvəl "Merani"yə (Gürcüstan) 3:1 hesabı ilə qalib gəlmişdi, "Dinamo"ya (Tbilisi) 0:4 hesabı ilə uduzmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO