İldırımdan canını necə qurtardı? – VİDEO

İldırımdan canını necə qurtardı? – VİDEO

Hazırda oxunan: İldırımdan canını necə qurtardı? – VİDEO

8611

Braziliyalı Xose Omar de Oliviera şimşək çaxması nəticəsində az qala həyatını itirəcəkdi.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, ildırım çaxması braziliyalının düz yanında baş verib. Bu an lentə alınıb.

Görüntülərdən aydın bilinir ki, təbiət mənzərəsini lentə alan Xose Omar çəkdiklərini şərh edir və qəfildən yağış yağmağa başlayır.

Elə həmin an braziliyalının dayandığı yerə ildırım düşür. Vieoda kişinin təlaş və qışqırıq   səslərini eşitmək olar. 

Xoşbəxtlikdən nə Xose Omar xəsarət alıb, nə də mobil telefonu zədələnib. Bu da imkan verib ki, hadisənin şahidi çəkdiklərini sosial şəbəkələrdə bölüşsün. 

Qeyd edək ki, daha əvvəl müəyyən alimlərin beynəlxalq qrupu hazırladıqları lazer vasitəsilə ildırım və şimşəyi idarə biləcəklərini vurğulayıblar. Qurğunun ildırımın hərəkət istiqamətini dəyişməyə və yönəltməyə qadir olacağı deyilir.

Bizim.Media 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO