İlham Əliyev “Hesablama Palatası haqqında” Qanunda edilən dəyişikliyi təsdiqlədi

İlham Əliyev “Hesablama Palatası haqqında” Qanunda edilən dəyişikliyi təsdiqlədi

Hazırda oxunan: İlham Əliyev “Hesablama Palatası haqqında” Qanunda edilən dəyişikliyi təsdiqlədi

86109

Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. 

Bizim.Media xəbər verir ki, sənədə əsasən, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir: 

- 34.1-ci, 34.2-ci və 34.3-cü maddələr aşağıdakı redaksiyada verilir: 

“34.1. Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alır. 

34.2. Hesablama Palatası sədrinin müavini 2800 manat məbləğində aylıq vəzifə maaşı alır. 

34.3. Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alırlar.”; 

- 34.4-cü maddədə “bir aylıq vəzifə maaşı” sözləri “hər ay vəzifə maaşlarının iki misli” sözləri ilə əvəz edilir; 

- 35.2-ci maddə ləğv edilir. 

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO