Baş Prokurorluqdan keçmiş deputatın şirkəti ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan keçmiş deputatın şirkəti ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan keçmiş deputatın şirkəti ilə bağlı AÇIQLAMA

85975

Baş Prokurorluq “Avto-Garant” ASC ilə bağlı iddialara münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

“Bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin 2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, 20 min manata yaxın pul vəsaitinin dövlət büdcəsindən yayındırılması, o cümlədən 1 milyon manatdan çox pul vəsaitinin xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması, qərəzli qərar qəbul edilməsi ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılıb.

Bununla əlaqədar bildiririk ki, Nazim Bəydəmirli və Elmar Musayevin birgə müraciətləri üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılmaqla qeyd edilən pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi faktları öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərər qəbul edilmiş, eyni zamanda müraciətdə yer almış mülki xaraxterli mübahisələrlə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Baş Prokurorluq tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir”.

Qeyd edək ki, Nazim Bəydəmirli keçmiş millət vəkilidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO