Ölmüş körpənin qaçırılması ilə bağlı Ginekologiya İnstitutu AÇIQLAMA YAYDI

Ölmüş körpənin qaçırılması ilə bağlı Ginekologiya İnstitutu AÇIQLAMA YAYDI

Hazırda oxunan: Ölmüş körpənin qaçırılması ilə bağlı Ginekologiya İnstitutu AÇIQLAMA YAYDI

85900

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu iki gün əvvəl 26 günlük körpənin ölümü və nəşinin həkim tərəfindən ailənin razılığı olmadan xəstəxanadan çıxarılması barədə məlumat yayıb.

Bizim.Media-nın sorğusuna cavab olaraq xəstəxanadan yayılan videogörüntülərin qeyri-düzgün olduğu qeyd olunub:

“Bir sıra xəbər saytlarında yayımlanan müvafiq videogörüntülər və qeyri-düzgün məlumatlarla bağlı açıqlama vermək istəyirik ki, 26.07.2022-ci il tarixində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsində 30.06.2022-ci il tarixində (ana Züleyxa Əkbərova) körpə dünyaya gəlmiş və aşağıdakı diaqnozlar ilə Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olmuş və süni tənəffüs aparatına qoşulub.
 

MÖVZU İLƏ BAĞLI:

Ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı ANBAAN VİDEO – ÖZƏL


Doğuş zamanı ağır asfiksiya,  yenidoğulmuşun qıcolması və tənəffüs çatışmazlığı ilə bağlı körpə müayinə və müalicəsini müəssisədə davam etdirib. Körpənin laborator göstəriciləri nəzərə alınaraq hipotermiya aparatına keçirilib və 72 saatdan sonra ayrılıb. Vəziyyətin ağırlığı, ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub.

Doğulduğu andan neonatal koma vəziyyətində olub”.

Açıqlamada qeyd olunub ki, 26 gün Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsində kliniki, laborator, funksional müayinələrdən keçib:

“Vəziyyəti nəzərə alınaraq kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya olunub. Yenidoğulmuş Şöbədə müalicəsini davam etdirdiyi müddətdə valideynlərin mütəmadi məlumatlandırılması aparılıb, görüşlər təşkil olunub, ailə körpənin video və fotosu ilə təmin edilib.  Ailənin körpə ilə dəfələrlə görüşü təşkil olunub. Bununla bağlı müəssisəmizdə video sübutlar da mövcuddur. Aparılmış zəruri bütün tədbirlərə baxmayaraq yenidoğulmuş 26.07.2022 ci il tarixində saat 12:54-də poliorqan çatışmazlığı nəticəsində tələf olub. Müəssisə tərəfindən bununla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Yasamal rayon Prokurorluğuna məlumat verilib. Yasamal rayon Prokurorluğundan uşağın meyitinin yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilməli olduğu bildirilib. 

Haşiyə: Əhalinin Sağlamlıq vəziyyətinin qorunması haqqında qanunun  41-ci maddəsində Patoloji-anatomik yarma barədə bildirilir ki;

Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında Patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir və bunun üçün vəfat etmiş şəxslərin yaxınlarından icazə alınmaya bilər”. 
Həmçinin bildirilib ki, sözügedən hadisədə 26.07.2022-ci il tarixdə saat 15.40 radələrində Patoloji Anatomiya Bürosuna təhvil verilməsi üçün müəssisənin əməkdaşları - direktorun İnzibati məsələlər üzrə müavini İkram Ağayev, neonatoloq Nigar Şahbazova və şöbənin əməkdaşı Cahan Qəmbərova müəssisəyə məxsus avtomobillə meyiti Patoloji Anatomiya Bürosuna aparmaq istəyərkən müəssisənin həyətində Əkbərova Züleyxa Tahir qızının qohumları tərəfindən hücum edilib:

“Müəssisənin balansında olan Niva markalı 10 AR 131 dövlət qeydiyyat nişanlı avtomobilə zərbələr endirilməklə ön şüşəsi qırılıb, içəridə oturan İ.Ağayevin çənə nahiyəsinə, C.Qəmbərovanın üzünə xəsarətlər yetirilib, C.Qəmbərovadan uşağın meyiti dartılıb alınıb.

Qeyd etmək istəyirik ki, İnstitutun balansında Təcili Tibbi Yardım maşını mövcud olmadığından meyit balansda olan Niva markalı maşın ilə aparılırdı. Bu zaman müəssisənin həyətində hüquq mühafizə orqanlarının əməkdaşları da olub.

Məsələ ilə bağlı mühafizə xidməti müdaxilə edib, Yasamal rayon 27-ci polis bölməsinə və Yasamal rayon Prokurorluğuna məlumat verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra, Yasamal rayon Prokurorluğunun əməkdaşının iştirakı ilə meyit uşağın atası tərəfindən Patoloji Anatomiya Bürosuna verilməsi üçün götürülüb.

Əməkdaşlarımıza və dövlətin balansında olan avtomobilə dəyən zərərlə bağlı, eyni zamanda əməkdaşlarımızın qeyri-etik söyüşlərlə təhqir olunması ilə bağlı tərəfimizdən Hüquq Mühafizə orqanlarına məlumat veriləcək”.
Xəstəxanadan o da bildirilib ki, məsələ “Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyası" nın nəzarətindədir. Komissiyanın üzvləri tərəfindən "Xəstəlik tarixləri"nin təhlili aparılır.

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə Nailə Şahbazovanın səriştəsizliyi səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO