Ərdoğan Paşinyanın bütün seçki miflərini məhv etdi və İrəvanla Ankara arasında (“ilkin şərt olmadan”) aparılan danışıqların təbliğat tezisinin “tabutuna son mismarı vurdu”.
Bizim.Media xəbər verir ki, bu barədə erməni politoloq Beniamin Matevosyan özünün Teleqram kanalında yazıb.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin TRT telekanalına verdiyi son müsahibəsində Nikol Paşinyanın Ermənistan-Türkiyə danışıqlar prosesinin ilkin şərt olmadan davam etməsi tezisini tamamilə məhv etdi.
Bu müsahibənin Ermənistanla bağlı hissəsində Ərdoğan bunları deyib:
“...Türkiyə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində ciddi və qətiyyətlidir. Bəyanatlardan əlavə, konkret addımlar da gözləyirik. Azərbaycan əvvəldən bizim qırmızı xəttimiz olub. Azərbaycanla problemləri həll etdikdən sonra “qapılarımızı açacağıq”. Mən də məmnunam ki, Paşinyan regional sülh və əməkdaşlıqla bağlı bizim fikirlərimizi bölüşür. İndi biz gözləyirik ki, bəyanatlardan əlavə, İrəvan normallaşma prosesində konkret addımlar atacaq”.
Əslində, Ərdoğan açıq şəkildə vasitəçilərə və Ermənistan ictimaiyyətinə mesaj verdi ki, Türkiyənin Ermənistan-Türkiyə danışıqlar prosesində Azərbaycanın bütün tələblərini təmin etmək üçün ilkin şərtləri var:
1. Ermənistan qoşunlarının “Arsax”dan (Qarabağdakı qondarma rejim) çıxarılması və ora çağırışçıların göndərilməsindən imtina edilməsi;
2. “DQR”in (Bu adlı qurum yoxdur. Söhbət hazırda rus sülhməramlıların nəzarətində olan Azərbaycan torpağından gedir) Azərbaycanın tərkib hissəsi kimi tanınması;
3. Laçın dəhlizi ilə eyni statusa malik olan “Zəngəzur dəhlizi”nin təmin edilməsi;
4. Ermənistanın işğalında yerləşən “Azərbaycan anklavları”nın Azərbaycanın yurisdiksiyasına verilməsi.
Üstəlik, Ərdoğan ayrıca “Ermənistan-Türkiyə danışıqlar prosesi”nin sadəcə mövcud olmadığını, prosesin mahiyyətcə üçtərəfli olduğunu, Ankara, İrəvan və Bakı arasında cərəyan etdiyini gizlətmir. Türkiyə lideri bəyanatı ilə Paşinyanın bütün seçkiqabağı miflərini məhv etdi və İrəvanla Ankara arasında ilkin şərt olmadan danışıqların aparılması ilə bağlı təbliğat tezisinin “tabutuna son mismarı vurdu”.
Bundan başqa, Ərdoğan eyham vurub ki, Paşinyan Türkiyənin ilkin şərtlərini başa düşür.
“Arsax”ın verilməsi ilə yanaşı, Bakı və Ankara “Zəngəzur dəhlizinin” açılması ideyasını irəli sürdükləri üçün Türkiyə prezidentinin bu bəyanatından dərhal sonra “Vətəndaş müqaviləsi” partiyasının deputatı Eduard Ağacanyan çıxış edib və erməni cəmiyyətini sakitləşdirmək üçün bir daha bəyan edib ki, “Ermənistan “Zəngəzur dəhlizi” məsələsini müzakirə etməkdən imtina edib.
Burada Ağacanyanın çıxışından daha bir epizodu qeyd etmək vacibdir. Guya Azərbaycan razılaşmaları yerinə yetirmir. Yəni, Paşinyanın həmkarı açıq şəkildə etiraf edir ki, Azərbaycan, hətta əvvəlcədən razılaşdırılmış məsələlərə də zaman keçdikcə baxışını dəyişir.
Bu da öz növbəsində o deməkdir ki, Azərbaycanla razılaşma çox şərti ola bilər, çünki rəsmi Bakı öz vədlərindən imtina edə bilər, çünki qalib ölkədir.
Əslində, 1990-cı illərdən “Arsax”ı Ermənistanın xilası üçün qurban verək” fikrini təbliğ edənlərin hamısı açıq şəkildə etiraf edirlər ki, Paşinyan, Ter-Petrosyan və başqaları Qarabağ mövzusundan istifadə edərək erməni cəmiyyətini parçalayıblar.
Rəsmi Bakı və Ankara isə açıqlamalarında Paşinyandan fərqli olaraq daha səmimidirlər”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:55 / 27.07.2022
Ərdoğan Paşinyanın bütün seçki miflərini məhv etdi – Erməni politoloq
Hazırda oxunan: Ərdoğan Paşinyanın bütün seçki miflərini məhv etdi – Erməni politoloq
Hazırda oxunan: Ərdoğan Paşinyanın bütün seçki miflərini məhv etdi – Erməni politoloq
85751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.