Paşinyan arvadını Moskvaya niyə göndərib? – TAKTİKA DƏYİŞMİR

Paşinyan arvadını Moskvaya niyə göndərib? – TAKTİKA DƏYİŞMİR

Hazırda oxunan: Paşinyan arvadını Moskvaya niyə göndərib? – TAKTİKA DƏYİŞMİR

8575

Bir müddət əvvəl bir sıra erməni telegram kanalları Ermənistan Baş naziri Nikol Paşinyanın ailə üzvlərinin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə gizlicə Moskvaya gəldikləri haqqında məlumat yayıb.

Daha sonra Rusiya telekanllarında "RİA Novosti" agentliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Moskvaya xüsusi səfərlə gəlməsi haqqında xəbərləri təsdiq edib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın həyat yoldaşı və qızı vətəndaşlıq almaq üçün Moskvaya uçdu - VİDEO


Dünən axşam sosial şəbəkə kanallarında Anna Akopyanın iki qızı və çoxsaylı təhlükəsizlik işçilərinin müşayiəti ilə Moskva hava limanından necə çıxdığını göstərən video yayılmağa başlayıb.

Anna Akopyanın Moskvaya gizli səfərinin səbəbləri haqqında hər hansı məlumat verilmir.

Lakin “RİA Novosti” öz mənbələrinə istinadən səfərin “xüsusi” əhəmiyyət daşıdığını qeyd edir. Səfər Ermənistan daxilində isə birmənalı qarşılanmır.

Belə ki, Ermənistan gündəmində baş nazirin yaxın günlər ərzində ölkədə baş verəcək hər hansı təxribat təhlükəsinə qarşı ailə üzvlərini Moskvaya göndərməsi ilə bağlı xəbərlər dolaşır. Lakin Ermənistan daxilindəki vəziyyəti analiz etdiyimizdə Anna Akopyanın Moskva səfərinin heç də şəxsi təhlükəsizliklə bağlı olmadığını demək olar. 

Çox yox, cəmi bir neçə ay əvvələ getmək kifayətdir ki, Anna Akopyanın Ermənistan siyasətindəki rolunu daha yaxşı başa düşək. 

Anna Akopyan ilk olaraq 44 günlük müharibə ərzində Ermənistan ordusunun hərbi qərargahında yüksək rütbəli hərbiçilərlə yaşadığı insidentlərlə gündəmə gəlib. Qadınlardan ibarət xüsusi hərbi dəstə yaradaraq müharibədə iştirak üçün Qarabağa yollanmaq istəyən Anna Akopyanın hərbi elitanın qərarlarına da müdaxilə etdiyi qeyd olunurdu. 

Müharibədən sonra istefa vermiş zabitlər öz müsahibələrindən baş nazirin arvadının hərbi əməliyyatlarla bağlı verilən qərarlarda son söz sahibi olduğunu vurğulayırdılar.

Bu dövrdən etibarən Ermənistan kütləvi informasiya vasitələri Nikol Paşinyanı tənqid etməklə yanaşı Anna Akopyanın Ermənistan siyasətində oynadığı rolu da ciddi şəkildə qabartmağa başladılar. 

Anna Akopyan eyni zamanda “Mənim Addımım” fraksiyasında da ciddi nüfuza malikdir. Fraksiyanın yardım fonduna nəzarət edilməsi və bu fonddan müvafiq yardımların ayrılması birbaşa Anna Akopyanın nəzarəti altında həyata keçirilirdi. 

Bu şərtlər daxilində Anna Akopyanın Moskvaya getməsini Ermənistandan “qaçması” kimi yox, daha çox Moskvada Ermənistan adına müəyyən görüşlərdə iştirak etməsi kimi qiymətləndirmək daha doğru olardı. Digər tərəfdən rəsmi Moskvanın Nikol Paşinyanla hər hansı ciddi görüş məsələsində istəksiz olması da Anna Akopyan amilini yenidən gündəmə gətirən səbəblərdən biridir.

A.Akopyan Ermənistan müxalifəti tərəfindən Nikol Paşinyandan daha aparıcı və ciddi şəxs hesab edilir. Hətta bəzi mənbələr Akopyanı Paşinyanın arxasındakı əsas qərarverici şəxs kimi dəyərləndirir və Paşinyandansa Akopyanın hədəf alınmalı olduğunu vurğulayırdı. 

Digər tərəfdən də Rusiya üçün Paşinyan necə qərbmeylli siyasətçidirsə, Anna Akopyan da eyni dərəcədə Qərblə əlaqəli şəxsdir.

Əgər Ermənistanda hər hansı təxribatın baş vermə ehtimalı vardısa, Akopyan Paşinyanın zənglərinə cavab verməyən Putin Rusiyasına yox, məclislərdə qol açıb oynadıqlarını Makron Fransasına üz tutardı. 

Görünən odur ki, Nikol Paşinyan 44 günlük müharibədə olduğu kimi, bu dəfə də öz arvadını “qabağa verməyi” seçib. Anna Akopyanın Moskvdakı “fəaliyyətinin” nə olacağı və ordan hansı “nəticələrlə” dönəcəyi isə hələlik müəmmalı olaraq qalır. 

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO