Dünya pop ulduzu Şakira və ulduz futbolçu Jerar Pike arasında boşanma prosesi sürətlə davam edir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, keçmiş həyat yoldaşlarının vəkilləri ideoloji düşmənin üstünə iftira atarkən, məşhurlar öz işləri ilə məşğuldurlar.
Müğənni bu iş üzrə ilk görüşü gözləməmək qərarına gəlib və bunun əvəzinə oğulları ilə dincəlməyə gedib.
Son bir neçə ildə uşaqları ilə birlikdə yaşadığı Barselonadan Şakira Meksikaya gedib və dəniz sahilində oğulları ilə istirahət edərkən paparassilərin obyektivinə tuş gəlib. Oğulları sahil boyu qaçarkən, ana günəşdən, sörfdən və üfüqdə keçmiş ərinin yoxluğundan həzz alır. Pop ulduz ayrılıqdan heç də üzülmür. Əksinə uşaqları ilə daha da gözəl zaman keçirir.
Qeyd edək ki, İspaniya mətbuatı peşəkar futbolçu Jerar Pikenin komanda yoldaşı Qavinin anası ilə eşq yaşadığını iddia edib. Yayılan xəbərdə Pikenin 17 yaşlı yarımmüdafiəçinin anası ilə uzun müddətdir sevgili olduğu bildirilib.
Bunu öyrənən Şakira, Jerarla münasibətlərinə son qoyub. Şakira və Pikenin iki oğlu olsa da, onlar rəsmi nikaha daxil olmayıblar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:23 / 27.07.2022
Əri tərəfindən xəyanətə uğrayan Şakira övladları ilə Meksikaya getdi - FOTO
Hazırda oxunan: Əri tərəfindən xəyanətə uğrayan Şakira övladları ilə Meksikaya getdi - FOTO
Hazırda oxunan: Əri tərəfindən xəyanətə uğrayan Şakira övladları ilə Meksikaya getdi - FOTO
85695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.