1667 məktəbəqədər təhsil müəssisəsini özündə birləşdirən elektron sistem yaradılıb.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR
Nazir bildirib ki, artıq bu sistemə 17 min 246 uşağın məlumatları daxil edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Alçina Amilqızı, Bizim.Media