Rayonda BİABIRÇILIQ: Yetkinlik yaşına çatmayan qızı yoldan çıxardı, azadlığından oldu

Rayonda BİABIRÇILIQ: Yetkinlik yaşına çatmayan qızı yoldan çıxardı, azadlığından oldu

Hazırda oxunan: Rayonda BİABIRÇILIQ: Yetkinlik yaşına çatmayan qızı yoldan çıxardı, azadlığından oldu

85647

Zaqatala rayonunda 1992-ci il təvəllüdlü Nicat Cəfərov yetkinlik yaşına çatmayan Aysel (adlar şərtidir – red.) ilə cinsi əlaqədə olub.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Nicat 2020-ci ilin sentyabrında Ayseli avtomobillərə texniki xidmət məntəqəsinə aparıb.  

Orada Ayselin razılığı ilə ona qarşı seksual hərəkətlər edib.  

Sonra Nicat 2020-ci ilin oktyabr-dekabr aylarında dostuna məxsus “Nissan Teana” markalı avtomobildə Ayselə qarşı yenidən seksual hərəkətlər edib. 2021-ci ilin yanvarında isə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.  

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.  

O bildirib ki, 2020-ci ilin iyul ayında Ayseli tanıyıb:  

“Ayselin telefonuna zəng vuraraq tanış olmuşam. Bundan sonra Aysel ilə mütəmadi olaraq mesajlaşmışıq. Aysel ilə tanışlığımdan təxminən 1 ay sonra yenə ona sms yazdım. Bu vaxt Ayselin anası telefonu götürdü. O, Ayselin yaşına uyğun olmadığımdan əlaqəni kəsməyimi dedi. Bundan sonra Ayselə mesaj yazmadım. Sonra Aysel özü mesaj yazmağa başladı”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Aysel onu küçədə görüb və hal-əhvalını soruşub:  

“Aysellə onun bibisi ilə bir yerdə görüşmüşük. 2020-ci ilin oktyabr-noyabr aylarında dostuma məxsus “Nissan Tiana” markalı avtomobilim ilə Ayselin arxasınca getdim. Həmin vaxt Aysel ilə bibisi küçədə idarə etdiyim avtomobilə mindilər. Ayseli və bibisini Yuxarı Çardaxlar kəndinə apardım. Sonra geri qayıtdım. Onları həmin kəndə aparmaqda heç bir məqsədim olmayıb. Sadəcə olaraq yol boş olduğu üçün söhbət etdim”. 

Nicat qeyd edib ki, o vaxtdan sonra Aysellə görüşməyib:  

“Ayselin istintaqa verdiyi ifadəsində barəmdə dedikləri yalandır. 2020-ci il sentyabrın sonunda Ayseli usta işlədiyim sexə aparmamışam, ona qarşı seksual hərəkət etməmişəm. Oktyabr və dekabr aylarında da belə hərəkətə yol verməmişəm. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”. 

Zərərçəkmiş Ayselin sözlərinə görə, Nicat dəfələrlə ona zəng edib və tanış olmaq istəyib:  

“Mən əvvəlcə onunla tanış olmaq istəmədim. Lakin Nicat dəfələrlə yaşadığım evin qabağına gəlib və mənə zənglər edib. Bundan sonra onunla danışmağa başladım”. 

Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin sentyabrın sonlarında, təxminən saat 14-15 radələrində Nicat idarə etdiyi avtomobillə onu yaşadığı evin yerləşdiyi küçədən götürüb və işlədiyi avtomobil təmiri sexinə aparıb:  

“Avtomobili sexin içərisinə saldıqdan sonra qapını bağladı. Avtomobilin arxa oturacağına yanıma gəldi. Mənə qarşı seksual hərəkətlər etdi. Bundan başqa, Nicat bir neçə dəfə 2020-ci ilin oktyabr-dekabr aylarında məni avtomobillə rayon ərazisində gəzdirib və avtomaşında mənə qarşı seksual hərəkətlər edib”.  

Ayselin ifadəsinə görə, 2021-ci ilin yanvarında Nicat yenə idarə etdiyi avtomobillə onu Zaqatala şəhəri, “prokuror küçəsi” deyilən yerdə yaşayan əmisigilin evlərinin yanından götürüb və işlədiyi avtomobil təmiri sexinə aparıb:  

“Yenə də mənə qarşı seksual hərəkətlər etdi. Sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra isə məni evimizə gətirdi”.  

Aysel bildirib ki, 2021-ci il fevral ayına qədər onun Nicatla münasibəti olub. O, ifadəsinin sonunda Nicatla barışdığını, ondan şikayəti olmadığını deyib. Zaqatala rayon Məhkəməsinin hökmü ilə Nicat 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO