Depressiya ağır xəstəliklərə yol aça bilər – Ondan hansı MÜDDƏTƏ qurtulmaq lazımdır? – PSİXOLOQ 

Depressiya ağır xəstəliklərə yol aça bilər – Ondan hansı MÜDDƏTƏ qurtulmaq lazımdır? – PSİXOLOQ 

Hazırda oxunan: Depressiya ağır xəstəliklərə yol aça bilər – Ondan hansı MÜDDƏTƏ qurtulmaq lazımdır? – PSİXOLOQ 

85566

Gizli depressiyanın əlamətləri, əslində, insanın öz həyat seçimləri kimi qəbul edilir. Bu səbəbdən həm insan, həm də ətrafdakı insanlar gizli depressiyanı dərk edə bilmirlər. Depressiya ilə gizli depressiya arasındakı əsas fərq problemlərin səbəbidir.

Bizim.Media araşdırmasına görə, depressiyaya düşmüş insanlar çox vaxt düşdüyü vəziyyətə görə özlərini günahlandırır və nəyi dəyişdirməli olduqlarının fərqində olsalar belə, onu dəyişə bilmədiklərindən qəzəbləri artır.

Zamanla insan depressiyasını və problemlərini gizlətmək üçün taxdığı maskaya alışır və latent depressiya inkişaf edir, fərdin həyat tərzi və orqanizmini məhv etməyə başlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Avqustda YAY DEPRESSİYASININ ən şiddətli vaxtı olacaq – SƏBƏB 


Psixoloq Gülnarə Orucova qeyd edir ki, depressiyanın müxtəlif növləri var:

“Fəsil, melanxolik, xroniki, distimi depressiya növləri var. Gizli depressiya, bir başqa ad ilə distimi depressiyadır. Gizli depressiyaya tutulan insanların iki gün əhvalları yaxşı, bir gün pis olur. Bu beləcə dövr edir. Fərd isə artıq yenidən ovqatı düzələn zaman vəziyyətin fərqində olmur. Distimi depressiya üç ilə qədər davam edə bilir və buna görə də mütləq mütəxəssisə müraciət olunmalıdır”.

Əgər fərdin vəziyyəti 3 ay ərzində heç dəyişmirsə, bu onun depressiyada olduğundan xəbər verir.

“Depressiya insanda hormonal və fiziki dəyişiklərə də yol açır. Yaşam həvəsi aşağı düşür, şiddətli aqressivlik, səbirsizlik müşayiət olunur. Belə insanların th səviyyəsi də anidən qalxıb enə bilər. İştahsızlıq, yuxusuzluq sürətli çəki itkisinə gətirib çıxara bilər ki, mədə-bağırsaq xəstəlikləri, həzm kanalında problemlər yaranma ehtimalı vardır. Ən çox depressiya stress mənşəli xəstəliklərin yaranmasında lokomativ rolunu oynayır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO