“Qarabağ

“Qarabağ" İsveçrədən qələbə ilə dönəcək, əgər... – Ekspert Ceyhun Əliyevdən ƏSASLANDIRMA 

Hazırda oxunan: “Qarabağ" İsveçrədən qələbə ilə dönəcək, əgər... – Ekspert Ceyhun Əliyevdən ƏSASLANDIRMA 

85504

“Ağdamlılar cütün taleyinə hələ bir həftə öncə, Bakıda baş tutan oyunda aydınlıq gətirə bilərdilər. Təəssüf ki, Azərbaycan çempionu ilk yarıda əldə etdiyi imkanlardan maksimum yararlana bilmədi. İkinci hissədə isə qonaqlar tempi artırmaqla təşəbbüsə yiyələndilər. Nəticədə 3:2 hesabı qeydə alındı ki, bu hesabı mərhələ adlamaq üçün əminliklə yetərli adlandırmaq olmaz”.

Bizim.Media-ya sabah keçiriləcək “Sürix-Qarabağ” oyunu ilə bağlı verdiyi açıqlamada bu sözləri tanınmış idman jurnalisti, futbol şərhçisi Ceyhun Əliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” klubundan İsveçrədəki azarkeşlərə MÜRACİƏT


Ekspertin fikrincə İsveçrə və Azərbaycan çempionatlarının arasında fərq heç bir ölçü vahidi ilə tərəzinin gözünə qoyula bilməz. Bu baxımdan “süvarilər”in qələbəsi həm psixoloji cəhətdən, həm də reytinq baxımından olduqca böyük əhəmiyyət kəsb edir: 

“Paytaxtımızda baş tutan görüşdə Qara Qarayevin yoxluğu təmsilçimizə ciddi problem yaşatdı. Ağdamlıların sıralarında top almaq, tempi öldürmək istedadına sahib ikinci Qara olmadığı üçün məhz fasilədən sonra rəqib sürəti artırmağa müvəffəq oldu. İndiki halda isə Qarayev zədədən tam qurtulub və inanmaq istərdim ki, 90, lazım gəlsə 120 dəqiqəlik döyüşə hazırdı”.

Təcrübəli mutəxəssis Qurban Qurbanovun statistikasına da diqqət çəkən ekspert bildirib ki, Qurban Qurbanov oyun quruculuğunda əksər hallarda “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” prinsipinə riayət edir. 

“Onun “Qarabağ”ı cütlü oyunların böyük əksəriyyətində məhz cavab matçında daha keyfiyyətli futbol sərgiləyir. İndiki halda da məhz bu faktora çox bel bağlayıram. Elə 50 yaşlı çalışdırıcı özü də ilk görüşdən sonra baş tutan mətbuat konfransında qapalı formada olsa da dediklərimi təsdiqləmişdi: “səfərdə daha yaxşı oynayan “Qarabağ” gorəcəksiniz”. Çünki o, artıq rəqibi praktikada görüb və maksimal dərəcədə yaxından tanıyıb”. 

Oyunun proqnozuna gəlincə isə ekspert söyləyib ki, bərabərsəviyyəli komandaların görüşünə proqnoz vermək olduqca çətindir: 

“Ancaq ilk görüşdəki hesabı nəzərə alsaq, “Surix”in start fiti ilə irəli atılacağını, çempionumuzun isə təqribən 15 dəqiqə “2-ci nömrə”ylə oynayacağını düşünürəm. Bu zaman kəsiyində “Qarabağ" qapısının toxunulmazlığını qoruya bilsə, ehtimal edirəm ki, tək mərhələni adlamaqla kifayətlənməyəcək, ümumiyyətlə, İsveçrədən qələbəylə dönəcək”- deyə ekspert fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO