Müqəddəs “Qurani-Kərim”də Allahın sevimli peyğəmbərlərindən biri kimi xatırlanan Həzrəti İsanın doğuluşunda maraqlı bir hadisə baş verib. Bu barədə “İncil”in müxtəlif yazılı variantlarında da qeyd olunub.
Qeyddə bildirilir ki, Həzrəti İsa doğulanda Şərqdən 3 müdrik şəxs gəlib ilk olaraq ona biət edib. Ona görə də bu 3 müdrik Həzrəti İsanın ilk səhabələri hesab edilib.
Rəvayətlərə görə bu 3 müdrik şəxs Həzrət İsanın doğulmasını münəccim elmi vasitəsi ilə öncədən biliblər. Həzrəti İsanı ziayrət üçün Şərqdən Fələstin torpaqlarına qədər uzun bir yol keçiblər. Və min illərdir ki, xristianlıqda bu hadisə hər il təmtəraqla qeyd olunur.
Qəribə burasıdır ki, hər zaman, hər yerdə olduğu kimi bu 3 müdrikin erməni millətindən olmasını ermənilər əsrlər boyu təbliğ ediblər. Əslində isə bu adamların erməni millətinə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Son araşdırmalar sübut etməyə çalışır ki, Həzrəti İsanının ilk 3 səhabəsi qədim Azərbaycan ərazisindən olan türk tayfasının maqlarıdır. Onlar Midia (Maday) dövlətinin sakinləri olub.
Daha ətraflı aşağıdakı videoda:
Surxay Atakişiyev, Bizim.Media