Azərbaycan Xalq artisti etirazlarla qarşılanan konsertdə arvadı ilə ÖPÜŞDÜ – VİDEO

Azərbaycan Xalq artisti etirazlarla qarşılanan konsertdə arvadı ilə ÖPÜŞDÜ – VİDEO

Hazırda oxunan: Azərbaycan Xalq artisti etirazlarla qarşılanan konsertdə arvadı ilə ÖPÜŞDÜ – VİDEO

85482

Ötən gün Rusiyanın Xalq artisti Anna Netrebkonun Almaniyanın Regensburqdakı konserti baş tutub. 

Bizim.Media xəbər verir ki, opera divası səhnədə yalnız deyil, həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov və yerli simfonik orkestrlə birgə çıxış edib. 

Musiqi dolu gecəyə Y.Eyvazov Annanı dodağından öpərək, damğa vurub. Bununlada cütlük konserti yekunlaşdırıblar.  

Xatırladaq ki, A.Netrebkonun Regensburqdakı konserti etirazlarla qarşılanıb. Otuza yaxın etirazçı opera müğənnisinin səhnə alacağı məkanın önünə toplaşaraq, konsertin ləvğini tələb edib.

Onların əllərində “Anna, Ukraynada xeyriyyə konsertinə necə baxırsan?”, "Nyu-Yorkda deyil, Ştutqartda deyil, niyə burada?" sözləri yazılmış plakatlar olub. Lakin baş verən qalamaqallı hadisəyə baxmayaraq, opera divasını izləmək üçün 3000 yaxın tamaşaçı gəlib. Anna baş vermiş hadisəni sosial şəbəkə hesabında belə nəql edib.  

“Etirazlara cavab! Kim dedi ki, hər şey asan olacaq? Olmayacaq. Konsert təbii ki, baş tutdu: qala divarlarının yanında 30 etirazçı var idi. Zalda tamaşaçıların sayı isə 3000. Müqayisə edirsiniz?  Bu əsnada başqa yerdə qol vuracağam. Təşəkkür edirəm, Regensburq”. 
Qeyd edək ki, Anna Netrebkonun Almaniyanın Ştutqartdakı çıxışı ləvğ olunub. Lakin Xalq artisti Frankfurt-Mayn, Hamburq və  Köln şəhərlərində də konsertləri keçirilməsi planlaşdırılıb. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO