Göygöldə 4 iaşə obyekti cərimələndi - FOTO

Göygöldə 4 iaşə obyekti cərimələndi - FOTO

Hazırda oxunan: Göygöldə 4 iaşə obyekti cərimələndi - FOTO

85458

Göygöldə məişət tullantılarını kənara atan 4 iaşə obyekti cərimələndi.  

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində, xüsusilə də turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su hövzələrinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə reydlər keçirib.  

Bizim.Media-nın yerli burosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, keçirilən reyd zamanı rayon ərazisində fəaliyyət göstərən 4 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub.  

Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb.

Barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunublar.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO