Paytaxtda 24 il əvvəl qətl törətmiş şəxs MƏHKƏMƏ QARŞISINDA

Paytaxtda 24 il əvvəl qətl törətmiş şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Paytaxtda 24 il əvvəl qətl törətmiş şəxs MƏHKƏMƏ QARŞISINDA

85445

1998-ci il aprelin 26-da Bakı Balıq hisləmə zavodunun 2 saylı sexində usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Bu barədə Bizim.Media-ya Nəsimi rayon prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, həmin zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov 1998-ci il aprelin 22-də saat 23 radələrində aralarında yaranmış mübahisə zamanı işlədiyi sexdə Mübariz Rəsulova çoxsaylı bıçaq zərbələri yetirərək onu xüsusi amansızlıqla öldürdükdən sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılmış istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib. 

2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO