AKP sözçüsü:

AKP sözçüsü: "Bəzi dövlətlər Ermənistanla normallaşma prosesini sabotaj edir"

Hazırda oxunan: AKP sözçüsü: "Bəzi dövlətlər Ermənistanla normallaşma prosesini sabotaj edir"

85400

"Ermənistanla münasibətlərin normallaşma prosesinə dair danışıqlar qarşı tərəfin sözünü tutduğu müddət ərzində önəmlidir".

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu proses Azərbaycan və Türkiyə liderlərinin ortaq iradəsi sayəsində baş verib.

"İkinci Qarabağ müharibəsindən sonra bu proses üçün daha uyğun şərait yaranıb. Lakin bəzi dövlətlərin və erməni diasporunun Ermənistanı öz təsiri altında tutmaq üçün bu prosesi sabotaj etmək cəhdləri var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO