Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıtdı - FOTO

Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıtdı - FOTO

Hazırda oxunan: Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıtdı - FOTO

85347

Qazilərimizin müalicə prosesi “YAŞAT” Fondu tərəfindən davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Fonddan məlumat verilib. 

Qeyd olunub ki, Türkiyədə müalicə alan qazilərimiz Məmmədov Şəmsi Lətif oğlu, Qocayev Emil Azər oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Qələndərli Cavad Rəşad oğlu, Osmanov Zamir Şakir oğlu, Qədirli Alı Azər oğlu, İbrahimov Samurat Nuru oğlu, Orucov Samir Surxay oğlu, Mabudlu Şaban Baloğlan oğlu və müayinə üçün Türkiyəyə göndərilən qazimiz Dadaşov Ənibəy Xanıbəy oğlu ölkəmizə geri qayıdıb. 

Onlardan 6-sı 1 ildən artıq müddətdir ki, Türkiyədə müalicə alıb. 

Ağır yaralanan qazilərimiz Səmədov Elnur Qalib oğlu və Əhmədov Ceyhun Məlikşah oğlu müalicə məqsədilə Türkiyəyə göndəriliblər.

Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 172 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 149-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO