Tovuzda 10-a yaxın evdən qızıl və pul oğurlayan şəxslər saxlanıldı

Tovuzda 10-a yaxın evdən qızıl və pul oğurlayan şəxslər saxlanıldı

Hazırda oxunan: Tovuzda 10-a yaxın evdən qızıl və pul oğurlayan şəxslər saxlanıldı

85326

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 4 nəfər rayon sakinləri saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayonun Qaraxanlı və Xatınlı kəndlərində 10-a yaxın vətəndaşın evindən qızıl-zinət və nağd pul oğurladıqları məlum olub.
Vətəndaşlara 20.000 manatdan çox maddi ziyan vuran şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. 

İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə oğurladıqları əşyaları satmaqda köməklik edən şəxs də saxlanılıb. 

Faktlarla bağlı tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO