Əkiz hərbçilərlə evlənən əkiz bacıların toyunda Nigar PULSUZ OXUDU - VİDEO

Əkiz hərbçilərlə evlənən əkiz bacıların toyunda Nigar PULSUZ OXUDU - VİDEO

Hazırda oxunan: Əkiz hərbçilərlə evlənən əkiz bacıların toyunda Nigar PULSUZ OXUDU - VİDEO

85225

Əməkdar artist Nigar Şabanova Qazaxda eyni gündə doğulan hərbçi qardaşlar Qabil və Qalibin toyunda iştirak edib.

Bizim.Media xəbər verir ki, sənətçi qardaşların əkiz bacılarla evləndiyi haqda sosial şəbəkə hesabında paylaşım edib.

Nigar bildirib ki, cütlüklərin toy məclisində təmənnasız çıxış edib.

"Qazaxda əkiz zabitlərin toyu. Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar Allah sizi əkiz övladla sevindirsin" - deyə N.Şabanova toydan çəkib yayımladığı videoya şərh verib.

Qeyd edək ki, Nigar Şabanova ötən il XTQ zabiti Xəyyam Qaragözovla ailə qurub. 

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO