Nazilə Fatiməyə SATAŞDI:

Nazilə Fatiməyə SATAŞDI: "Saçındakı gül təbiidir" – VİDEO

Hazırda oxunan: Nazilə Fatiməyə SATAŞDI: "Saçındakı gül təbiidir" – VİDEO

85219

Şairə Nazilə Səfərli qanlı bıçaq olduğu rəqqasə Fatimə Fətəliyevadan danışıb.

Bizim.Media xəbər verir ki, Fatimə ilə məhkəməlik olan Nazilə qonaq olduğu "Şourum" maqazin verilişində onun ərəb dilində oxuduğu mahnıya çəkdirdiyi klipə ikibaşlı şərh bildirib.

Belə ki, monitorda nümayiş olunan klipdə rəqqasənin saçlarına taxdığı gülü görən şairə, onun süni, yoxsa təbii olduğunu görmək üçün efir rejissorundan həmin kadrı böyütməsini xahiş edib. 

Gülün süni deyil, təbii olduğunu görən Səfərli "Gül təbiidir, afərin. Təbii güldən istifadə edib. Baxdığım bu videodan o qədər anladım. Başqa anlayışım yoxdur. Güllə bərabər yarpaqlar da təbiidir" deyərək Fətəliyevanı sözləri ilə sancıb.

Nazilənin atmaca dolu ifadələrindən sonra verilişin aparıcısı Afaq Gəncəli "Bəs Fatimənin ifası təbii deyildi?" sualına şairə "Şərh edən mən deyiləm?! Belə şərh edə bildim" deyərək fikirlərinə nöqtə qoyub.

Qeyd edək ki, bir müddət əvvəl rəqqasə ilə şairə arasındakı mübahisəyə Nazilənin sosial şəbəkə hesabında yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözləri səbəb olub. 

Bu paylaşımdan sonra Fatimə sosial şəbəkə hesabında canlı yayım açaraq Nazilənin ünvanına ağır ittihamlar səsləndirib. Səfərli isə  cavab olaraq "Ya üzr istə, ya məhkəməyə verəcəm" cavabı ilə Fətəliyevaya mesaj yollayıb. Fatimə heç bir üzrxaxlığın olmayacağını bildirərək, məhkəməyə hazır olduğunu açıqlayıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO