“Turan Tovuz” Gürcüstanın “Merani” klubuna qalib gəldi

“Turan Tovuz” Gürcüstanın “Merani” klubuna qalib gəldi

Hazırda oxunan: “Turan Tovuz” Gürcüstanın “Merani” klubuna qalib gəldi

85191

Gürcüstan təlim-məşq toplanışında olan “Turan Tovuz” futbol klubu ilk yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, baş məşqçi Ayxan Abbasov yetirmələri yerli “Merani” (Tbilisi) komandası ilə qarşılaşıb.

Görüş Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Turan Tovuz”un heyətində İmeda Aşortiya və Ayxan Hüseynov fərqlənib, daha bir qolu isə rəqib futbolçu öz qapılarından keçirib.

“Turan Tovuz” Gürcüstandakı toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. İyulun 27-də Tbilisi “Dinamo”su ilə qarşılaşacaq komanda ayın 29-da “Qaqra” ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO