"Erməni kilsəsi Azərbaycana qarşı yalan təbliğat aparır" - Allahşükür Paşazadə

Hazırda oxunan: "Erməni kilsəsi Azərbaycana qarşı yalan təbliğat aparır" - Allahşükür Paşazadə

85115

"Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır. Ermənilər Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, kilsələrin məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar".

Bizim.Media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair keçirdiyi brifinqdə məlumat verib.

"Erməni yalanlarının ifşa olunması üçün mühüm işlər görülür. Eyni zamanda, xristian din xadimlərinin, o cümlədən də Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur. Azərbaycana ən yaxın olan gürcü kilsəsidir. Gürcüstanın xristian din xadimlərinin Qarabağa səfər edib ermənilərin dağıtdığı məscid, kilsələri öz gözləri ilə görməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.

QMİ sədri bildirib ki, bu gün Qafqaz öz məsələlərini həll etmək istəyir. Gürcüstan və Azərbaycan Ermənistandan fərqli olaraq suveren dövlət olduqlarını, müstəqil qərar qəbul etdiklərini sübut ediblər. Amma təəssüf ki, Ermənistana müstəqil dövlət demək olmur.

“Ermənistanın müstəqilliyi yoxdur. Azərbaycan və Gürcüstan isə öz müqəddəratını özü həll etmək istəyir. Bu gün bu iki Qafqaz dövlətinin rəhbərləri özləri öz qərarlarını verirlər. Amma Ermənistan hər zaman olduğu kimi, yenə də yedəkdədir və başqalarından asılıdır”, – deyə A.Paşazadə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO