Bakının Nəsimi rayonunda qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Rabil Qasımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin aprelin 4-də saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyev öldürülüb.
Aparılmış araşdırmalarla onu tanışı - Rabil Qasımovun qətlə yetirməsi müəyyən edilib. Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məlum olub ki, Rabil Qasımov hadisəni qumar borcu üstündə törədib.
Bəhruz qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil onu bıçaqlayıb. İstintaq orqanı tərəfindən Rabil Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 23.07.2022
Bakıda qumar borcu üstündə qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Bakıda qumar borcu üstündə qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Bakıda qumar borcu üstündə qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA
85033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.