Bu il qəbul imtahanları yenə iki mərhələdə (yaz və yay imtahanları) keçirilə bilər.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
MÖVZU İLƏ BAĞLI:
İmtahanda köçürməyə şərait yaradan müəllimlərlə bağlı qərar verilib
Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr gedir:
“Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilib.
Bizim.Media