Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı teleaparıcı dəfn olundu - FOTO

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı teleaparıcı dəfn olundu - FOTO

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı teleaparıcı dəfn olundu - FOTO

84755

Kiyevdə bu gün Ukrayna ordusunun həlak olan azərbaycanlı hərbçisi Kərim Qulamov son mənzilə yola salınıb. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı hərbçi ilə vida mərasimi paytaxtın mərkəzində kilsələrdən birində baş tutub. 

Qeyd edək ki, əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov 17 iyulda Rusiya ilə müharibədə həlak olub. 

K.Qulamov Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanalında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. O, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub. 
K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb. Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO