Çavuşoğlu: “Türkiyə İraqda dinc sakinlərə heç bir zərbə endirməyib”

Çavuşoğlu: “Türkiyə İraqda dinc sakinlərə heç bir zərbə endirməyib”

Hazırda oxunan: Çavuşoğlu: “Türkiyə İraqda dinc sakinlərə heç bir zərbə endirməyib”

84710

“Türkiyə Suriyada baş verənlər fonunda rahat otura bilməz”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin cənub sərhədləri yaxınlığında yeni antiterror əməliyyatı ehtimalını şərh edərkən deyib.

"Ankara əvvəlki əməliyyatlara başlamaq üçün heç kəsdən icazə istəməyib,  gələcəkdə də istəməyəcək", - deyə o vurğulayıb.

Türkiyə diplomatiyasının rəhbəri İraqın şimalında bir turizm obyektinə hücum nəticəsində 8 nəfərin öldüyü, 23 nəfərin yaralandığı vəziyyəti də şərh edib.

Onun sözlərinə görə, Türkiyə ordusunun bu qanlı hadisə ilə heç bir əlaqəsi yoxdur. "Türkiyə Silahlı Qüvvələrinin komandanlığına əsasən, İraqın şimalındakı Dohuk bölgəsinin Zaxo qəsəbəsində dinc sakinlərə heç bir zərbə endirilməyib", - deyə Çavuşoğlu vurğulayıb.
Türkiyə diplomatiyasının rəhbəri İraq əhalisini və hakimiyyət orqanlarını türk ordusunu ləkələməyə çalışan terrorçuların təbliğat hiylələrinə uymamağa çağırıb.

Çavuşoğlu turizm obyektinin atəşə tutulmasının PKK terrorçuları tərəfindən həyata keçirildiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO