Putin İranda olarkən Rusiya Xarkovdakı məscidi atəşə tutdu – RƏSMİ KİYEV

Putin İranda olarkən Rusiya Xarkovdakı məscidi atəşə tutdu – RƏSMİ KİYEV

Hazırda oxunan: Putin İranda olarkən Rusiya Xarkovdakı məscidi atəşə tutdu – RƏSMİ KİYEV

84708

Prezident Vladimir Putinin İrana səfəri zamanı Rusiya ordusu Xarkovdakı məscidi atəşə tutaraq, etinasızlıq jesti nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

“Klassik rus yezuitizmi. Tehrana gələrək İranın ali lideri Əli Xameneiyə baş əyir və  “Dünyanın ikinci ordusu üçün silah” istəyir, eyni zamanda Xarkovdakı məscidi atəşə tutur. Barbarlar üçün heç bir şey müqəddəs deyil. Amma İran Kremlin etinasızlıq jestini başa düşəcəkmi?”, - deyə o, qeyd edib.
Xatırladaq ki, iyulun 20-də səhər rus qoşunları Xarkovu atəşə tutub. Atışma zamanı biri 13 yaşlı uşaq olmaqla 3 nəfər həlak olub. Bu hücumlar nəticəsində şəhərin Kiyevski rayonundakı məscidə də ziyan dəyib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO