İyulun 20-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 74-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 43 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 21.07.2022
Axtarışda olan 45 nəfər saxlanıldı – DİN
Hazırda oxunan: Axtarışda olan 45 nəfər saxlanıldı – DİN
Hazırda oxunan: Axtarışda olan 45 nəfər saxlanıldı – DİN
84693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.