Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberq ilə görüşüb.
Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Brüsseldə NATO-nun mənzil-qərargahında baş tutan görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib.
Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub.
O, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib. Azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa və quruculuq işlərinə, məcburi köçkünlərin geri qayıtmasına maneə yaratdığı vurğulanıb.
Eyni zamanda, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərşivəsində müxtəlif istiqamətlər üzrə ölkəmiz tərəfindən atılan addımlar qeyd edilib, bununla əlaqədar fikir mübadiləsi aparılıb.
NATO Baş katibi Yens Stoltenberq ölkəmizin etibarlı tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katib, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu məmnunluqla vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:23 / 19.07.2022
Yens Stoltenberq: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır"
Hazırda oxunan: Yens Stoltenberq: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır"
Hazırda oxunan: Yens Stoltenberq: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır"
84517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.