ABŞ prezidenti Donald Tramp “yer üzündə ən güclü silah”-dan söz açıb. O deyib ki, Amerika ordusu indiyədək heç bir ölkənin istehsal etmədiyi bir silaha malikdir.
“Rusiya, Çin, Şimali Koreya və dünyanın bütün başqa ölkələri bizə həsəd aparır. Ümid edirik ki, o silahdan heç vaxt istifadə etmərik, lakin biz dünyanı güclü bir mövqedən quracağıq” deyə o, Viskonia ştatındakı çıxışında bildirib.
Çıxış “Real America”nın YouTube kanalında yayımlanıb.