Monikanın qızının sevgilisi ilə TƏTİL KEFİ – FOTO  

Monikanın qızının sevgilisi ilə TƏTİL KEFİ – FOTO  

Hazırda oxunan: Monikanın qızının sevgilisi ilə TƏTİL KEFİ – FOTO  

84465

İtalyan kinematoqrafiyasının parlaq aktyorları, əfsanəvi cütlük Monika Belluççi və Vinsent Kasselin qızı Deva “Dolce & Gabbana”nın nümayişindən sonra tətilə yollanıb.  

Bizim.Media xəbər verir ki, 17 yaşlı model qızmar istirahətini iki ildir birlikdə olduğu sevgilisi, model Luka Salandra ilə keçirir.  

Sevgililər sosial şəbəkə hesablarında silsilə şəklində romantik fotolar paylaşıblar.  

Qız və Luka dənizdə çimmək, günəş vannası qəbul etmək və “TikTok” üçün gülməli videolar hazırlamaqla vaxt keçirirlər.  

Sosial şəbəkə əhli şərhlərdə Devanın aktyorluq potensialının olduğunu və zaman keçdikcə onun anası və atası kimi filmlərdə oynaya biləcəyini yazıblar.  

Lakin gözəlliyi və ecazkarlığı ilə diqqətləri üzərinə çəkən Deva modellik karyerasına daha çox diqqət yetirir və pərəstişkarlarını digər istedadları ilə təəccübləndirir.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO