ABŞ Konqresinin aşağı palatası İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiqlədi

ABŞ Konqresinin aşağı palatası İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiqlədi

Hazırda oxunan: ABŞ Konqresinin aşağı palatası İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiqlədi

84368

ABŞ Konqresinin Nümayəndələr Palatası Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyən qətnamə qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Hill” nəşri yayıb.

Mənbə yazır ki, qətnamənin lehinə 394 deputat, əleyhinə 18 deputat səs verib, 19 deputat səs verməyib.

Qeyd olunur ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasının əleyhinə səs verən deputatların hamısı Respublikaçılar Partiyasına məxsusdur.

Səsvermə iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq üçün müraciətindən düz iki ay sonra baş tutub.

Qeyd edək ki, Finlandiya və İsveç Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra NATO-ya üzv olmaq üçün müraciət etsə də, Türkiyənin müqaviməti ilə üzləşib. Rəsmi Ankara onları terrorçu qruplaşmalara dəstək verməkdə ittiham edib.
Artıq ötən ay NATO-nun sammiti zamanı ölkələr terrorizmlə mübarizə və silah ixracı ilə bağlı öhdəliklər müqabilində Türkiyənin veto hüququnun ləğvi haqqında saziş imzalayıblar. Ankara isə öz növbəsində sazişin icrasını yaxından izləyəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO