Siyasi cameədən İqbal Ağazadəyə CAVAB – “Bu səthi yanaşmadır”

Siyasi cameədən İqbal Ağazadəyə CAVAB – “Bu səthi yanaşmadır”

Hazırda oxunan: Siyasi cameədən İqbal Ağazadəyə CAVAB – “Bu səthi yanaşmadır”

84306

14 iyul – Bastiliya qalasının alınması günü Fransada milli bayram kimi qeyd olunur. Bu gün ölkəmizdə yerləşən Fransa səfirliyində də qeyd olundu. Keçirilən tədbirdə iqtidar və müxalifəti təmsil edən bir sıra siyasətçilər iştirak ediblər.

Lakin bu tədbirlə bağlı ictimai rəy heç də birmənalı olmayıb. Belə ki, “Ümid” partiyasının sədri İqbal Ağazadə qatıldığı canlı yayımların birində səfirliyin tədbirində iştirak edən siyasi cameənin nümayəndələrini tənqid edib. Partiya sədri Fransanın Qarabağ məsələsində tutduğu mövqeyi əsas gətirib:

“Xeyli sayda dostlarım Basitliyanın alınması ilə bağlı Fransa səfirliyində keçirilən tədbirdə iştirak ediblər. Mən təəssüf etdim. Bastiliyanı öz ərazisi hesab edən Fransa bunu bayram edir. Bəs biz Qarabağı alanda, onun parlamenti Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qərar çıxarırdı. Mən gözləyirdim ki, bu il hər kəs tədbiri boykot edəcək. Təəssüf ki, biz bu milli təəssübkeşliyi zaman-zaman ortaya qoya bilmirik”.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin unudulmaz DEPUTATLARI – Onlar indi haradadırlar?


Tədbirdə iştirak edən siyasətçilərdən biri, Ağ partiyanın sədri Tural Abbaslı məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Fransanın da Qarabağ münaqişəsində tutduğu yanlış və qərəzli mövqe təmsil etdiyi təşkilat tərəfindən hər zaman qəzəblə qarşılanıb:

“Konkret tədbirlə bağlı isə onu deyə bilərəm ki, Ağ partiya, AXP və AMİP Fransa səfirini öz ofisimizə dəvət etmişdi. Fransa səfiri də dəvətimizi qəbul edib ofisimizə gəlmişdi. Biz 2 saata yaxın davam edən görüşdə bütün iradlarımızı Fransa səfirinə çatdırdıq. Xüsusilə də, Qarabağ məsələsində. Daha sonra isə Fransa səfiri bizi Müstəqillik günü ilə bağlı tədbirə dəvət etdi. Şəxsən bizim üçün bu, siyasi etiket xətrinə iştirak etdiyimiz tədbir idi. O, bizim dəvətimizi qəbul etdiyi üçün, biz də siyasi etiket xətrinə dəvəti qəbul edib getməli idik. 

Əslində orada siyasi mühit də yox idi və ziyafət xarakterli tədbir idi. Ola bilər ki, hansısa siyasi partiya boykot təkilf etsin, mən bunun əlehinə deyiləm. Hər partiyanın öz mövqeyi ola bilər”. 

REAL partiyasının icra katibi Natiq Cəfərli isə qeyd edib ki, İqbal Ağazadənin fikirləri bir qədər diletant (səthi) yanaşmadır:

“Çünki siyasi münasibətlər bir məsələ üzərində qurulmur. Burada  bir çox məsələlərin rolu var. Qarabağ məsələsi ilə bağlı isə Fransa hökumətinin tutumu zaman-zaman bizim xoşumuza gəlməsə də, ümumilikdə, heç vaxt Azərbaycanla münasibətləri korlayacaq dərəcədə Qarabağa müstəqillik tələb etməyiblər. Bəli, oradakı diasporun təsirilə bizim xoşumuza gəlməyən açıqlamalar olub və Azərbaycan tərəfi də buna cavab verib”.

REAL funksionerinin sözlərinə görə, əksinə, siyasi cameə belə görüşlərə daha çox getməlidir ki, sözügedən məsələləri onların üzlərinə desin:

“Biz Fransa rəsmilərilə istənilən görüşdə bu məsələni qaldırırıq və bunun müsbət təsirləri də var. Çünki onlar bizim fikirlərimizlə bağlı zaman-zaman öz rəhbərliklərinə, Fransa Xarici İşlər Nazirliyinə məlumat verirlər ki, Azərbaycanda müxalifət partiyaları və ictimai fəallar aşağı-yuxarı hökumətin yanaşdığı kimi məsələyə yanaşırlar. Ona görə də düşünürəm ki, belə məsələlərdə daha aktiv olmaq lazımdır”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO