“Enerji təhlükəsizliyi məsələləri bu gün daha çox əhəmiyyət daşıyır” - Azərbaycan Prezidenti  

“Enerji təhlükəsizliyi məsələləri bu gün daha çox əhəmiyyət daşıyır” - Azərbaycan Prezidenti  

Hazırda oxunan: “Enerji təhlükəsizliyi məsələləri bu gün daha çox əhəmiyyət daşıyır” - Azərbaycan Prezidenti  

84290

“Enerji təhlükəsizliyi məsələləri bu gün daha çox əhəmiyyət daşımağa başlayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq bizim böyük uğurumuzdur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında bildirib. 

Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa toxunan dövlət başçısı deyib:  
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Avropa İttifaqı ilə imzalanan memorandum gələcək üçün yol xəritəsidir”


“Bu, bir çox istiqamətləri, o cümlədən neft, qaz, bərpaolunan enerji növləri, enerji səmərəliliyi və digər sahələri əhatə edir. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir.  

Biz artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyur, öz potensialımıza dair dəyərləndirmələr aparmışıq. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensial var”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO