Azərbaycanlı zəvvarların bir qrupu geri dönür

Azərbaycanlı zəvvarların bir qrupu geri dönür

Hazırda oxunan: Azərbaycanlı zəvvarların bir qrupu geri dönür

84196

Sabahdan etibarən Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar geri dönəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yayıb.

Mənbə qeyd edir ki, iyulun 19-u və 20-i iki reys olmaqla, zəvvarların geri dönüşü təşkil olunacaq:

“İlk reys sabah Bakı vaxtı ilə 09:30-da Mədinə Beynəlxalq Hava Limanından yola düşəcək və 12:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Sabah ikinci reys isə Bakı vaxtı ilə 19:30-da yola düşəcək və 22:50-də çatacaq. Sabah hər iki reysdə 180 nəfər olmaqla, ümumilikdə 360 zəvvar geri dönəcək. İyulun 20-də də təyyarələr eyni saatda yola düşəcək. İlk reysdə 180, ikinci reysdə isə 130 zəvvar geri dönəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO