“Əsas prioritet Ukrayna qoşunlarının mülki şəxslərə, buğda tarlalarına, taxıl anbarlarına zərbələr endirmək üçün istifadə etdiyi uzaqmənzilli silahların məhv edilməsidir”.
Bizim.Media Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu fikri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib.
“Ordu generalı Sergey Şoyqu Ukraynada “Şərq” qrupunun komandiri general-leytenant Rüstəm Muradova düşmənin uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsi tapşırığını verib”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Şoyqu Ukraynaya gəldi - VİDEO
Xatırladaq ki, “Şərq” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə nazirə məruzə edib.
Bundan əvvəl müdafiə naziri ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi “Cənub” və “Mərkəz” qruplarına baxış keçirib.
Bizim.Media